Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 19:08
"Dubayda, İstanbulda yaşamışam. Ərim işləyirdi, dünyanı gəzirdi, mən də onunla gəzirdim. İndi namaz qılıram, tək yaşayıram. 9 aydır sağalmışam. Reabilitasiyanı tək keçmədim. 6 ayımda getdim. Oğlumun uşaq evində videosunu gördüm, başqa aləmə düşdüm. Gördüm ki, autizm olan oğlum danışır. Motivasiya verdi mənə".
Sonxeber.net xəbər verir ki, bu sözləri bir vaxtlar şou-biznesdə Təhminə adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimova bloger Nail Kəmərlinin yutub layihəsində deyib. Uzun illər narkotik aludəçisi olan, hər şeyini satan model sağaldığını deyib:
"Həyat yoldaşım gördü depressiyaya düşdüm, nazımla oynadı. Məni çoxlu səyahətlərə göndərdi. Amma mən səhvlərə ordan başladım. Bakının ən bahalı klublarına gedirdim. Zəng vurub ən bahalı yeri saxlatdırırdım. 2 min manata yer götürürdüm. Dostlarımı yığırdım ki, gedək, hesab mənlikdir. Mənə deyirdilər ayaqyolunun yanında yer qalıb, deyirdim, yox, 2 minlik yer saxlayın. Uşağımla hər bazar günü ən bahalı yerdə səhər yeməyi yeyirdim. Elə bilirdim patı narkotik deyil, arıqlamaq üçün dərmandır. Düşünürdüm ki, heç kimə ziyan vurmuram, içki içmirəm. Bu düşüncələrlə istifadə etdim. Ağrılar başlayanda anladım ki, narkotikdir. İnsanı təkləşdirir, ancaq özünü düşünürsən.
Həyat yoldaşım kart vermişdi, alış-veriş edirdim. Limiti keçəndə deyirdi çox xərcləmisən. İlk dəfə patı istifadə etmişəm. Birinci arıqlamaq üçün etdim. Bilmirdim asılılıq yaradacaq. 1 ay dayanmadan istifadə etdim, sonra aludəçi oldum. Patı içəndə yata bilmirdim, qızlar dedi dərman iç. Başladım başqa dərman içməyə. Bir dərman artdı oldu gündə 3 dərman. O da başqa dərman idi. Həyat yoldaşım şübhələndi və pul vermədi. Sonra dedilər ki, çox pul getməsin, iynə vur. Ağrıların az olacaq. Başladım iynəyə, sonra da düşdüm küçələrə".
Qeyd edək ki, Təhminənin anası "Elgizlə izlə" verilişinə gələrək qızının bahalı evlərini, villalarını satıb narkotikə xərclədiyini deyib. /Axşam.az