Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atletiko Madrid'' kapitansız qaldı

''Atletiko Madrid'' kapitansız qaldı

Tarix: 18 Fevral 2025 21:58

"Atletiko Madrid"in kapitanı Koke Resurrekyon sıradan çıxıb.

Sonxeber.net xəbər verir ki, məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb.

Yarımmüdafiəçi sağ ayağının əzələsindən xəsarət alıb. Onun İspaniya nəhənginin sıralarına nə vaxt dönəcəyi açıqlanmasa da, yerli mətbuat kapitanın martın sonunadək komandasına kömək edə bilməyəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, cari mövsüm La Liqada 23 matça çıxan 33 yaşlı yarımmüdafiəçi 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda 50 xalı olan "Atletiko" çempionatın turnir cədvəlində 3-cü pillədə mövqe tutub. (Unikal)


Etiketlər:  Atletiko Madrid kapitansız qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ