Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PFL-dən ''Qarabağ'' - ''Kəpəz'' oyunu ilə bağlı QƏRAR

PFL-dən ''Qarabağ'' - ''Kəpəz'' oyunu ilə bağlı QƏRAR

Tarix: 20 Fevral 2025 00:10

Misli Premyer Liqasının XXVII turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan "Qarabağ" - "Kəpəz" oyununun yeri dəyişdirilib.

Sonxeber.net xəbər verir ki, AFFA tərəfindən martın 15-də Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək.

Bu səbəbdən Peşəkar Futbol Liqasına müraciət edilib.

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq XXVII turun "Qarabağ" - "Kəpəz" oyunu ilə XXXV turdakı "Kəpəz" - "Qarabağ" qarşılaşmasının yerlərində dəyişiklik edib.

Sözügedən matçın start fiti saat 17:00-da səslənəcək.


Etiketlər:  dən Qarabağ Kəpəz oyunu ilə bağlı QƏRAR


RƏYLƏR