Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2025 00:28
"Barselona" futbolçusu Vitor Roqyu icarə əsasında "Betis"in formasını geyinir.
Sonxeber.net xəbər verir ki, braziliyalı oyunçu üçün ölkəsindən təklif gəlib. Bu barədə Fabrizio Romano "X" hesabında paylaşım edib.
"Palmeyras" 19 yaşlı hücumçunun 25 milyon avro qarşılığında transferinə razılaşıb.
Qeyd edək ki, Vitor 2024/25 mövsümündə 33 oyuna çıxıb və 7 qola, 2 məhsuldar ötürməyə imza atıb. (Offsideplus.az)