Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalmaqallı serialla bağlı yeni qərar - Ekrana qayıdır

Qalmaqallı serialla bağlı yeni qərar - Ekrana qayıdır

Tarix: 26 Fevral 2025 21:40

"Now Tv"nin haqqında çox danışılan "Şakir Paşa Ailesi: Mucize ve Skandallar" serialının yayım qadağası götürülüb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, serialın yayımçısı "Medyapım"la ailə arasında keçirilən təmaslar nəticəsində tərəflər razılığa gəlib.

Bununla da ailə üzvləri məhkəməyə müraciət edərək şikayət iddiasını geri götürdüklərini bildiriblər.

"NOW TV"nin serianlın treylerlərini yenidən paylaşacağı və yaxın günlərdə yeni bölümlərinin yayımlayacağı gözlənilir.

Xatırladaq ki, ilk olaraq Türkiyə Milli Radio və Televiziya Şurası sözügedən ekran işinin yayımını 3 həftəlik dayandıraraq cəzalandırmışdı. Bunun ardınca ailə adından verilən açıqlamada serialın ssenarisinin həqiqətə zidd olduğu və reputasiyaya hücum olduğu bildirilmişdi.

Məhkəmə ailənin reputasiyasını qorumaq üçün serialın yayımının dayandırılması və yeni çəkilişlərin qarşısının alınması barədə qərar çıxardıqdan sonra ekran işinin bütün bölümləri yutub platformasından silinmişdi.


Etiketlər:  Qalmaqallı serialla bağlı yeni qərar Ekrana qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ