Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2025 22:24
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib.
Sonxeber.net xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
İstefa BOK-un İcraiyyə Şurası tərəfindən qəbul edilib. Qərar iyunun 23-dən, Tomas Bax öz səlahiyyətlərini yeni prezidentə təhvil verdikdən sonra qüvvəyə minəcək.
71 yaşlı rəhbər 1991-ci ildən BOK-un üzvlüyünə seçilib.
Qeyd edək ki, Komitədə prezident seçkiləri martın 20-də baş tutacaq.