Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah Bakıda hərbi orkestrlərin çıxışları olacaq (SİYAHI)

Sabah Bakıda hərbi orkestrlərin çıxışları olacaq (SİYAHI)

Tarix: 8 May 2019 16:48

Bakı. Trend:

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində çıxış edəcək:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında;
- Yasamal parkında (Lider TV yaxınlığında)
- Fəvvarələr meydanında.

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 12.00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyətində (Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin 34 ünvanda) qonaqlar üçün səhra əsgər mətbəxi açılacaq, Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi, eləcə də hərbi orkestrin ifasında konsert proqramı təqdim ediləcək.

Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Lənkəran, Qusar və Xırdalan, şəhərlərində də mayın 9-u Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sabah Bakıda hərbi orkestrlərin çıxışları olacaq SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ