Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2025 23:38
Türkiyənin "Qalatasaray" klubu "Fənərbağça"nın iki futbolçusu Mert Hakan Yandaş və İrfan Can Eğribayatı Türkiyə Futbol Federasiyasına (TFF) şikayət edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, buna səbəb Mert Hakan Yandaşın Viktor Osimhenə qarşı alçalıdıcı hərəkət etməsi, İrfan Can Eğribayatın isə rəqib komandaya qarşı söyüş söyməsidir.
"Qalatasaray" klubu hər iki futbolçunun ağır cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, TFF məsələni araşdırdıqdan sonra rəsmi açıqlama verəcək.