Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Allanın əri əkizlərinin üzünə həsrət qalıb - FOTO

Allanın əri əkizlərinin üzünə həsrət qalıb - FOTO

Tarix: 28 Fevral 2025 15:55

2022-ci ildə Moskvanı tərk edən Rusiyanın Xalq artisti Alla Puqaçova və şoumen həyat yoldaşı Maksim Qalkinlə bağlı mediada xəbərlər səngimək bilmir.

Sonxeber.net xəbər verir ki, müğənni İsrailə köçüb və burada adi evdar qadın həyatı yaşayır. Bildirilib ki, Alla vaxtının çoxunu əri olmadan keçirir. Qalkin demək olar ki, günlərini xarici səfərlərdə keçirir. Komediyaçı aylarla qastrol səfərlərində yoxa çıxır, çörəkpulu qazanmağa çalışır.

Cütlüyün uşaqları, 11 yaşlı əkizləri Harri və Liza atasız böyüyürlər. Bütün dostlarının qaldığı Rusiyadan ayrıldıqdan sonra ulduz varislər müxtəlif ölkələrdə bir neçə məktəb dəyişdiriblər. Qalkin övladlarını yalnız həftəsonları görə bilir. Xəbərdə bildirilib ki, Maksim son günlər çox spirtli içki içməsi ilə d gündəmə gəlib. 

Qalkin əkizlərinin görüntülərini yayımlayaraq, onların həyatını daha çox videolardan izlədiyini bildirib. /Axşam.az


Etiketlər:  Allanın əri əkizlərinin üzünə həsrət qalıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ