Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti boşandığı xanımının oğlu ilə - FOTO

Xalq artisti boşandığı xanımının oğlu ilə - FOTO

Tarix: 28 Fevral 2025 20:35

Xalq artisti Yusif Eyvazov boşandığı həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiyaqo ilə bir araya gəlib.

Sonxeber.net bildirir ki, sənətçi onunla birgə Romada gəzinti zamanı çəkilən fotolarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Eyzavov həmin şəkillərə "Mənim balaca böyük oğlum" şərhini yazıb.

Yusif və Anna bir neçə gün əvvəl Romanın məşhur opera səhnələrinin birində birlikdə çıxış ediblər.

Qeyd edək ki, Anna və Yusif ötən ilin iyununda rəsmən boşandığını açıqlayıb. Cütlük 10 il ailəli olsa da övladı olmayıb. Annanın ilk evliliyindən isə Tiyaqo adlı bir oğlu var. Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. /Olay.az


Etiketlər:  Xalq artisti boşandığı xanımının oğlu ilə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ