Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu bədbəxt gənclikdən heç nə gözləyə bilmərik''

''Bu bədbəxt gənclikdən heç nə gözləyə bilmərik''

Tarix: 13 Noyabr 2025 22:30

Türkiyəli müğənni Sərdar Ortaç "Esra Ezmeci ile her şey ortada" verilişində qonaq olub.

Sonxeber.net xəbər verir ki, ifaçı keçmiş həyat yoldaşı Xloe Luqnanla evliliklərinin bitməsinə münasibət bildirib:

"Niyyətim onunla evlənib, övlad sahibi olmaq idi. Alınmadı. Gec evləndim, 44-45 yaşım var idi. Amma bəlli idi. Çünki o, gənc idi. Mən nələr görmüşdüm, o, nə gördü. Yaş fərqi 15-i keçirsə, artıq bu belə çoxdur, bu iş ola bilməz. Cütlüklər arasında yaş fərqi 10 il olsun azı. Qız kiçik, oğlan böyük olsun. Ana-atamız kimi".

İfaçı gənc qızların gec ailə qurmasına münasibət bildirib:

"İndiki qızlar çox haqlıdır, "evlənə bilmirik" deyirlər. Qızlara tövsiyəm yoxdur, dövr dəyişib. 1979-cu ildə doğuldum, məktəbə getdim, universitetə başladım, məşhur oldum, evləndim, boşandım - hamısında dava-dalaş oldu. Həyat dava-dalaş idi bizim gəncliyimizdə. Bu, 2000-ci illərdən sonra bir az düzəldi. Bu bədbəxt gənclikdən heç nə gözləyə bilmərik. Çünki xoşbəxt deyillər. Qadın almaq istədiyi ayaqqabını, çantanı ala bilməlidir, istədiyi restorana gedə bilməlidir. Pul olmalıdır. Zəngin həyat yoldaşı lazımdır".

S.Ortaç sağlamlığını geri qazandığı üçün xoşbəxt olduğunu vurğulayıb:

"İndi təkəm və xoşbəxtəm. Sağlam olduqca, xoşbəxtəm. Sağlamlığımın və Allahın bunu mənə geri verməsinin yerini heç nə tuta bilməz. Əvvəlki zənginliyimə dönsəm də, önəmli deyil. Bir sağlamlıq, bir övlad itirmək - bunların əvəzi ödənə bilməz. Pulla da yerini doldurmaq olmaz. Yox, əgər çanta dalıyca qaçmırsa, qız gülü haqq edir. Amma gül kimi kişiyə də "şahzadə" deyirlər. Nə edəcəyik, bilmirəm". 


Etiketlər:  bədbəxt gənclikdən heç gözləyə bilmərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ