Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbul metrosu “Bakı Metropoliteni” QSC-yə yarım milyona məsləhət verəcək

İstanbul metrosu “Bakı Metropoliteni” QSC-yə yarım milyona məsləhət verəcək

Tarix: 13 Noyabr 2025 21:32

Bakı metrosunun genişləndirilməsində Türkiyə təcrübəsindən yararlanacaq.
"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON Holding) tərkibində fəaliyyət göstərən Bakı Metropoliteninin genişləndirilməsi layihəsinə "Metro İstanbul A.Ş." öz töhfəsini verəcək.

Sonxeber.net xəbər verir ki, bu barədə İqtisadiyyat.az "Bakı Metropoliteni" QSC-dən məlumat əldə edib.

Məlumata görə, "Metro İstanbul" layihə çərçivəsində mühəndislik işləri üzrə məsləhət xidməti göstərəcək.

Bir müddət əvvəl "Metro İstanbul" "Bakı Metropoliteni"nin modernləşdirilməsi layihələri üzrə məsləhət xidmətləri göstərməklə bağlı müqavilə bağlayıb.

Müqaviləyə əsasən, "Metro İstanbul" Bakı metropoliteninin genişləndirilməsi layihəsi çərçivəsində mühəndislik işləri üzrə 586 500 manata məsləhət verəcək.

"Metro İstanbul"un baş direktor müavini Fatih Gültekin daha bir beynəlxalq müqavilə imzalamaqdan və Bakının inkişafına dəstək olmaqdan məmnun olduqlarını bildirib.

Xatırladaq ki, hələ bu ilin aprelində "Bakı Metropoliteni" QSC-də "Metro İstanbul"un nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşün əsas məqsədi iki metro qurumu arasında davamlı əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyalar və rəqəmsal həllər sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Müzakirələrdə data əsaslı qərarvermə yanaşmaları (data-driven decision making), data analitikası, eləcə də real vaxt məlumatlarının işlənməsi imkanları xüsusilə diqqət mərkəzində olub. Rəqəmsal texnologiyaların nəqliyyat sistemlərində tətbiqi, sərnişin axınının yönləndirilməsi və dispetçer idarəetməsində innovativ həllər kimi sahələr üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər İstanbul metrosunun son illərdəki inkişaf təcrübəsi və Azərbaycanın 2025-2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan Dövlət Proqramı kontekstində əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.

Nümayəndə heyəti həmçinin Bakı metrosunun müxtəlif sahələrində əməliyyat prosesləri ilə yerində tanış olublar.


Etiketlər:  İstanbul metrosu Bakı Metropoliteni yarım milyona məsləhət verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ