Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda kütləvi söküntü işləri dayandırıldı - Səbəb

Bakıda kütləvi söküntü işləri dayandırıldı - Səbəb

Tarix: 13 Noyabr 2025 23:24

Bakı şəhərində kütləvi söküntü işləri dayandırılır.

Sonxeber.net "Yeni Sabah"a istinadla xəbər verir ki, bu, 2026-cı ilin dövlət büdcəsindən paytaxtda söküntü və köçürülmə üçün vəsaitin ayrılmaması ilə bağlıdır.

Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız Mərkəzi Parkın dördüncü hissəsi üçün "Sovetski" adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Süleyman Tağızadə küçələrini və Təzəpir məscidinin alt hissəsini əhatə edəcək.

Bundan başqa, 2026-cı ildə Bakının Sabunçu rayonu ərazisində iki ədəd ikimərtəbəli, Nizami rayonunda isə iki ədəd beşmərtəbəli binanın söküntsü planlaşdırılır. Orada yaşayan sakinlərə də kompensasiya ödəniləcək.

Bununla yanaşı, paytaxtda özəl şirkətlərin hansısa ərazidə söküntü aparmasına heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün vacib şərtlərdən biri yeni layihələrin Bakının Baş planına uyğun olması ilə yanaşı sakinlərin razı salınmasıdır.


Etiketlər:  Bakıda kütləvi söküntü işləri dayandırıldı Səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ