Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İslandiya millisinin baş məşqçisi: ''Azərbaycan yığması ilk görüşlə müqayisədə gücünü artırıb''

İslandiya millisinin baş məşqçisi: ''Azərbaycan yığması ilk görüşlə müqayisədə gücünü artırıb''

Tarix: 13 Noyabr 2025 23:22

Azərbaycan millisi İslandiya ilə oyunun ikinci hissəsində daha yaxşı təsir bağışladı.

Sonxeber.net-ın məlumatına görə, bunu İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bizim üçün çətin oyun oldu. Lakin nəticə ürəyimizcə idi. Rəqib komanda ikinci hissədə daha yaxşı çıxış etdi. Qələbə qazanmaq hər zaman xoşdur. Azərbaycan yığması ilk görüşlə müqayisədə gücünü artırıb".

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı rəqib komandanın 2:0 hesablı qələbəsi ilə bitib.


Etiketlər:  İslandiya millisinin baş məşqçisi Azərbaycan yığması görüşlə müqayisədə gücünü artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ