Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2025 10:18
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında dəyişiklik edib.
Sonxeber.net xəbər verir ki, qurum qapıçılara tətbiq olunan topu əldə saxlama qaydası barədə müzakirələr aparıb.
Nəticədə növbəti mövsümdən etibarən, oyunda qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komandaya küncdən zərbə veriləcək.
Hakimlər buna uyğun saniyəölçənlə təmin ediləcək. Bunu IFAB-ın mətbuat xidməti açıqlayıb.
Qeyd edək ki, həmin qayda daha öncə 6 saniyə idi. /Lent.az