Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2025 23:51
Ramazan ayında iftar və imsakda edilən bəzi yanlış qidalanma vərdişləri infarkt riskini artıra bilər.
Hipertoniya, damar tıxanması və ürək çatışmazlığı olanlara duz və xolesterindən uzaq durmağı tövsiyə edən həkim Gökhan Ceyhun orqanizmin ac qalmağa tədricən öyrəşməsinin vacibliyini vurğulayıb.
Ürək çatışmazlığı olmayan, ürək əzələsinin yığılma gücü 50-55%-dən yüksək olan şəxslərin oruc tutmasının problem yaratmayacağını bildirən Ceyhun uzun müddət ac qaldıqdan sonra iftarda yüksəkkalorili və yağlı yeməklərin birdən-birə qəbulu ilə qan şəkərinin və yağ səviyyəsinin kəskin artmasının ürəyə mənfi təsir edə biləcəyini qeyd edib.
Ürək çatışmazlığı olanların uzun müddət susuz qalmasının böyrəklərə əlavə yük gətirə biləcəyini və bu səbəbdən onların oruc tutmasının tövsiyə edilmədiyini vurğulayıb. Həkim Ramazan ayında infarktların əsasən iftar və imsakdan sonra baş verdiyini bildirib.
O, bunu uzunmüddətli aclıqdan sonra nəzarətsiz yemək vərdişləri ilə əlaqələndirib. Gökhan Ceyhun həm ürək xəstələrinin, həm də sağlam şəxslərin iftarda daha nəzarətli qidalanmasının və qida qəbulundan sonra fiziki aktivliyə diqqət etməsinin vacibliyini qeyd edib. (baku.tv)