Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bakı KOB evi”ndə yeni xidmət

“Bakı KOB evi”ndə yeni xidmət

Tarix: 3 Mart 2025 12:12

KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi genişlənir.

Martın 3-dən etibarən "Bakı KOB evi"ndə daha bir xidmət fəaliyyətə başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu artıq "Bakı KOB evi"ndə həyata keçiriləcək. Bu xidmətdən istifadə etmək istəyənlər DDLA-nın "Bakı KOB evi"ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Müvafiq xidmət, eləcə də KOB evlərində sahibkarlıq subyektlərinə göstərilən digər xidmətlərlə bağlı məlumatı KOBİA-nın www.smb.gov.az saytından və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.

Qeyd edək ki, KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox "G2B" və "B2B" xidmətlər göstərilir.


Etiketlər:  Bakı evində yeni xidmət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ