Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərbəstliyə və alimentə görə qadın boşanmaq üçün iki ayağını bir başmağa dirəyir - DEPUTAT

Sərbəstliyə və alimentə görə qadın boşanmaq üçün iki ayağını bir başmağa dirəyir - DEPUTAT

Tarix: 3 Mart 2025 20:08

Bu gün boşanmaların səbəbi daha çox qadınların sərbəst qalmaq istəyi və aliment almaq imkanlarının olması ilə bağlıdır.

Sonxeber.net xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi"nin müzakirəsində deputat Razi Nurullayev deyib. 

Deputatın sözlərinə görə, ona olan müraciətlərdən 10 müraciətdən 8-də məlum olur ki, qadın ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşansın: "Qadınlara stimul verən alimentdir. Bir neçə il bundan qabaq mən bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, tendensiya dəyişib.

Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu boşanmaların artmasına gətirib çıxarmasın".


Etiketlər:  Sərbəstliyə alimentə görə qadın boşanmaq üçün ayağını başmağa dirəyir DEPUTAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ