Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2025 05:05
İş xanımı və blogger Nailə Əliyevanın iti itkin düşüb.
Sonxeber.net xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib.
Nailə Əliyeva paylaşımında iddia edib ki, iti kimlərsə götürüb: "Bilgəhdə 7 gün əvvəl itimiz evdən qaçdı. Bilirik ki, bizim "Viski"ni kimlərsə götürüb. Onun 15 yaşlı var, qocadır, onun üçün bu böyük stresdir. Bizi də, 15 illik dostumuzu da bu stresdən qurtarın. Qaytarana böyük mükafat veriləcək".
Nailə Əliyeva şərhlərdə itin itməsindən narahat olan heyvansevərlərə "Viski"nin tapılması üçün 16 nəfərlik axtarış qrupu yaradıldığını, onların Bilgəh və Nardaran qəsəbəsində itin axtarışını apardıqlarını da bildirib.
Qeyd edək ki, Nailə Əliyeva fəaliyyəti dayandırılmış "Lider TV"nin rəhbəri Ədalət Əliyevin həyat yoldaşıdır. /Lent.az