Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2025 16:24
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icra edilməsi Dunay Bədirxanova həvalə edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, D.Bədirxanov daha öncə qurumun İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra edib.
Qeyd edək ki, "Azerkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.