Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2025 21:42
Misli Premyer Liqasının XXV turunda üz-üzə gələn "Sabah" və "Araz-Naxçıvan" kollektivlərinin duelində qalib müəyyənləşməyib.
Sonxeber.net-ın məlumatına görə, "Bank Respublika Arena"da keçirilən görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.
Meydan sahiblərinin heyətində Xəyal Əliyev (7) və Sofian Çakla (64) adını tabloya yazdırıb. Qonaq komandadan isə Bernardo Diasla (12) Ülvi İsgəndərov (72) dəqiq zərbə müəllifi olublar.
"Araz-Naxçıvan" turnir cədvəlində 46 xalla dördüncü, "Sabah" isə 34 xalla beşincidir.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Şamaxı" "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.