Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''WhatsApp'' istifadəçilərinin nəzərinə: Pulunuz oğurlana bilər

''WhatsApp'' istifadəçilərinin nəzərinə: Pulunuz oğurlana bilər

Tarix: 6 Mart 2025 12:16

Dələduzlar pul oğurlamaq üçün yeni üsula əl atıblar. Onlar istifadəçilərə "WhatsApp" hesablarını gündə müəyyən pul müqabilində icarəyə verməyi təklif edirlər.

Sonxeber.net xəbər verir ki, bu barədə "RİA Novosti"yə Andrey Biyçuk bildirib. 

Onun sözlərinə görə, əvvəlcə dələduzlar "Telegram" kanallarında və digər platformalarda nömrəni icarəyə götürmək imkanının olduğunu elan edirlər.

"Elana cavab verən şəxslərə "WhatsApp" hesablarına müvəqqəti giriş vermələrinin lazım olduğu bildirilir. Bəzən cinayətkarlar hesabın guya iş üçün, xidmətlərə qeydiyyat üçün və ya xaricdəki müştərilərlə əlaqə saxlamaq məqsədilə istifadə olunacağını deyirlər. Daha sonra istifadəçidən başqa bir telefondan girişə icazə verməsi, SMS-lə göndərilən kodu ötürməsi və hətta SIM kartını müvəqqəti təqdim etməsi tələb olunur. Bu manipulyasiyalardan sonra hesabın nəzarəti dələduzların əlinə keçir.

Daha sonra dələduzlar hesab sahibinin tanışlarına mesajlar göndərməyə başlayır və onlardan təcili pul köçürmələrini, borc vermələrini və ya şəxsi məlumatlarını paylaşmalarını istəyirlər", - deyə Biyçuk bildirib.

Ekspert əlavə edib ki, əgər həmin hesab vasitəsilə cinayət törədilərsə, pul tələb olunarsa, bu vəziyyətdə məsuliyyət hesab sahibinin üzərinə düşəcək.(BAKU.WS)


Etiketlər:  WhatsApp istifadəçilərinin nəzərinə Pulunuz oğurlana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ