Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Coşqun Diniyevin aldığı təzminat məbləği bəlli oldu

Coşqun Diniyevin aldığı təzminat məbləği bəlli oldu

Tarix: 8 Mart 2025 21:54

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev daha əvvəl çıxış etdiyi Türkiyənin "Ümraniyəspor" klubundan təzminat alıb.

Sonxeber.net Sport24.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 47 min 453 avro alıb. I Liqa təmsilçisi ödənilməmiş mükafatı qaldığı üçün bu məbləği ona verməyə məcbur olub.

Qeyd edək ki, Coşqun Diniyev 2023/2024 mövsümündə "Ümraniyəspor"un uğurları üçün çalışıb. 2024-cü ilin yayında "Bandırmaspor"a keçən oyunçu 2025-ci ilin fevralında isə "Çorum"la müqavilə imzalayıb.


Etiketlər:  Coşqun Diniyevin aldığı təzminat məbləği bəlli oldu


RƏYLƏR