Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2025 22:16
Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, yerli şabalıdın kiloqramı 15-17 manat, ölkəyə Çindən gətirilən şabalıdın qiyməti isə 8-9 manat arasında dəyişir. Özbəkistandan gətirilən qabıqlı qozun kiloqramı 7 manat, fındığın qiyməti isə 6 manat, yerli məhsullardan qabıqlı qoz 10-12 manat, fındıq 9-10 manatdan təklif olunur. Badam 4.80, yapan qozu isə 9-manatdan təklif edilir.
Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.
Satıcılar yerli məhsullların qıt olduğunu əsas gətirərək qiymətin baha olduğunu deyir:
Onlar deyir ki, ləpənin qiyməti baha olsa da hazırda ona tələbat da çoxdur:
İqtisadçılar isə hesab edir ki, 2024-cü ildə də məhsuldarlıq aşağı düşüb və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurub. Məhsulun qıtlaşması qiymətinə də öz təsirini göstərib.
Daha ətraflı videomaterialı təqdim edirik.