Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarusun yeni baş naziri Aleksandr Turçin KİMDİR?

Belarusun yeni baş naziri Aleksandr Turçin KİMDİR?

Tarix: 10 Mart 2025 20:18

Martın 10-da Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin yeni baş nazirini təyin edib. Minsk Vilayət İcraiyyə Komitəsinin sədri Aleksandr Turçin yeni baş nazir olub.

Sonxeber.net xəbər verir ki, Turçin Aleksandr Genrixoviç 2 iyul 1975-ci ildə Novoqrudok şəhərində (Qrodno rayonu, Belarus SSR) anadan olub. Belarus Dövlət İqtisad Universitetini (2002), Belarus Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2009) bitirib.
1997-ci ildən Qrodno vilayətinin Novoqrudok rayonundakı "Avanqard" kolxozunun mağazasının müdiri, sonra Novoqrudok rayonu üzrə dövlət vergi müfəttişi, həmin rayon üzrə Maliyyə Nazirliyinin baş nəzarətçi-revizoru vəzifələrində çalışıb.

2004-2010-cu illərdə Qrodno vilayətinin Koreliçi Rayon İcraiyyə Komitəsinin maliyyə şöbəsinin müdiri və sədr müavini olub. 2010-cu ildə Minsk Vilayət İcraiyyə Komitəsinin İqtisadiyyat Komitəsinin sədri, 2012-ci ildə isə Minsk Vilayət İcraiyyə Komitəsinin sədr müavini təyin edilib.
2015-ci ildə o, Belarus Respublikası Prezidentinin köməkçisi - Qomel vilayəti üzrə baş müfəttiş təyin edilib. Bir il sonra Belarus Nazirlər Sovetinin aparatının rəhbəri olub.

2017-ci ildə Sahibkarlığın İnkişafı üzrə Şuranın sədri, 2018-ci ildə isə Prezidentin Qomel vilayəti üzrə komissarı təyin edilib. Elə həmin il Belarus baş nazirinin birinci müavini, 2019-cu ildən Minsk vilayətinin qubernatoru olub. /Qaynarinfo


Etiketlər:  Belarusun yeni baş naziri Aleksandr Turçin KİMDİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ