Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''TikTok'' istifadəçilərinə xəbərdarlıq: Cəzalanacaqlar

''TikTok'' istifadəçilərinə xəbərdarlıq: Cəzalanacaqlar

Tarix: 11 Mart 2025 23:04

Baku TV-nin "Salam Baku" verilişində sosioloq Üzeyir Şəfiyevlə sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən "tiktoker"lərlə bağlı müzakirə aparılıb.

Sosioloq qeyd edib ki, istifadəçilərin bir qisminə elə gəlir ki, sosial şəbəkələrdə istədiklərini edə bilər və buna görə heç bir məsuliyyət daşımır.

"Onlar böyük yanlışa yol verirlər. Real həyatda olduğu kimi, sosial şəbəkələrdə də əxlaqazidd davranışlar hüquqi məsuliyyət yaradır".

Ü.Şəfiyev bildirib ki, Azərbaycanda bu məsələ ilə bağlı bir sıra tənzimləmə mexanizmləri həyata keçirilir:

"Dövlət tərəfindən həm hüquqi müstəvidə, həm də sosial maarifləndirmə istiqamətində addımlar atılır. Cinayət Məcəlləsinə 148.1-ci maddə əlavə edildi. Bu maddə sosial şəbəkə üzərindən böhtan, təhqir, aşağılayıcı ifadələrə, hüquqazidd paylaşımlara görə məsuliyyəti nəzərdə tutur".


Etiketlər:  TikTok istifadəçilərinə xəbərdarlıq Cəzalanacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ