Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2025 13:50
Xalq artisti Brilliant Dadaşova Buzovna kəndində yerləşən dəbdəbəli villasının terrasından paylaşım edib.
Sonxeber.net xəbər verir ki, 8 mart - "Beynəxalq Qadınlar Günü"ndə Bakı Konqres Mərkəzində verdiyi konsertdən söz açan sənətçi instaqram səhifəsində yayımladığı videoda onu həmin gün seyr etməyə gələn tamaşaçılara təşəkkünü bildirib.
"Siz tamaşaçıların sayəsində çox gözəl musiqi bayramı yaşadım. Bu hissləri mənə yaşatdığınız üçün sizə minnətdaram. Çox yoruğunam, çünki canlı musiqi sizə təqdim etmək üçün bir ay məşq etmişəm sizin üçün. Məni müşayiət edən bütün musiqiçilərə minnətdarlığımı bildirirəm" - deyə Dadaşova vurğulayıb. /olay.az