Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2025 21:16
"Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Əhmədov Elçin Rəşid oğlu təyin edilib.
Bildirilib ki, ASC-nin Direktorlar Şurasının müstəqil üzvü vəzifəsində çalışan Elçin Əhmədov fəaliyyəti dövründə şirkətə bir çox uğur və yeniliklər gətirib.
İxtisasca iqtisadçı olan E.Əhmədov N.A.Voznesenskiy adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını fərqlənmə diplomu ilə bitirib, xaricdə təhsil və hazırlıq kursları keçib. İqtisad elmləri namizədidir.