Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nişanlısının hədiyyə etdiyi üzüyü 12 dollara satıb

Nişanlısının hədiyyə etdiyi üzüyü 12 dollara satıb

Tarix: 14 Mart 2025 09:40

Məşhur müğənni, aktrisa Selena Qomez musiqiçi nişanlısı Benni Blankonun münasibətlərinin ilk illərində hədiyyə olaraq aldığı üzüyü satışa çıxarıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, 32 yaşlı ifaçı zinət əşyasını cəmi 12 dollara satıb.

"Jacquie Aiche" brendindən olan parça cütlüyün birgə "I Said I Love First" adlı albomunun işıq üzü görməsi ərəfəsində pərəstişkarlarına şəxsi əşyalarını satmaq üçün başlatılan "12 gün həqiqətən nadir şeylər" kampaniyası çərçivəsində satılıb.

Qeyd edək ki, üzərində "B" hərfi olan brilyant üzük xüsusi hazırlanıb. Üzüyün üzərində ümumi çəkisi 0,44 əyyar olan qiymətli daşlar var və ilkin dəyəri 3250 dollar olub.


Etiketlər:  Nişanlısının hədiyyə etdiyi üzüyü dollara satıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ