Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

APOEL Tomas Dollu istefaya göndərdi

APOEL Tomas Dollu istefaya göndərdi

Tarix: 10 Dekabr 2019 09:52

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan APOEL-də gözlənilməz ayrılıq baş verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Nikosiya təmsilçisi baş məşqçisi Tomas Dollu istefaya göndərib. Onun müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Kipr mətbuatı komandanın ölkə çempionatının sonuncu turunda "Olimpiakos"a 0:2 hesablı uduzmasından sonra bu qərarın verildiyini yazıb.

Qeyd edək ki, APOEL Tomas Dollun rəhbərliyi altında Avropa Liqasında sona bir tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Komanda Kipr çempionatında isə 18 xalla 4-cüdür.

Xatırladaq ki, T.Doll bu ilin avqustundan APOEL-i çalışdırırdı.

 


Etiketlər:  APOEL Tomas Dollu istefaya göndərdi


RƏYLƏR