Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2025 12:24
Serbiya prezidenti Aleksandar Vuçiç martın 15-də Belqradda keçirilən etirazların nəticələrini proqnozlaşdırıb.
Sonxeber.net xəbər verir ki, o, respublika rəhbərliyinin sabitliyi qoruyub saxlayacağına və etirazçıların təzyiqlərinə tab gətirə biləcəyinə əmin olduğunu bildirib.
"İnanıram ki, Serbiyanın əksəriyyəti daha yaxşı və daha uğurlu ölkə qurmaq istəyir", - deyə Serbiya lideri qeyd edib. O, ümid edir ki, respublika hakimiyyəti bütün təzyiqlərə tab gətirəcək və regionda sülhü qoruya biləcək.
Vuçiç 13 il əvvəl Serbiyanın necə "küllərindən dirildiyini" və Avropanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrildiyini xatırladıb. /Publika.az