Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atletiko”nun hücumçusu Messinin rekordunu təkrarlamağa yaxındır

“Atletiko”nun hücumçusu Messinin rekordunu təkrarlamağa yaxındır

Tarix: 17 Mart 2025 11:22

İspaniyanın "Atletiko" klubunun hücumçusu Antuan Qrizmann Lionel Messinin rekordunu təkrarlamağa yaxındır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, fransız futbolçu La Liqada 519 oyun keçirib ki, bu da uzun illər "Barselona"da çıxış edən Lionel Messidən (520) sonra əcnəbi futbolçular arasında çempionat tarixində ikinci ən yüksək nəticədir.

33 yaşlı ön xətt oyunçusu "Atletiko"nun heyətində daha bir oyunda meydana çıxacağı təqdirdə argentinalı futbolçunun rekordunu təkrarlayacaq.

Qeyd edək ki, A.Qrizmann La Liqada "Atletiko"nun heyətində 304 matçda iştirak edib. O, "Real Sosyedad"da 141, "Barselona"da isə 74 oyun keçirib.


Etiketlər:  Atletikonun hücumçusu Messinin rekordunu təkrarlamağa yaxındır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ