Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2025 09:10
Millətlər Liqasının pley-off mərhələsində keçiriləcək Türkiyə - Macarıstan matçı üçün hakim təyinatları açıqlanıb.
Sonxeber.net xəbər verir ki, görüş Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb. Referi İvan Kruzlyak olacaq.
Ona yan xətt hakimləri qismində Branislav Qanço və Yan Pozor köməklik göstərəcklər. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.
Qeyd edək ki, martın 20-də, "Rams Park"da keçiriləcək Türkiyə - Macarıstan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. /Bizim.Media