Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2025 20:36
Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası baş verib.
Sonxeber.net xəbər verir ki, "Alanyaspor" Sami Uğurlu ilə yollarını ayırıb.
46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2024-cü ilin noyabrında "Alanyaspor"a baş məşqçisi təyin edilmişdi.
Qeyd edək ki, "Alanyaspor" Türkiyə çempionatında 31 xalla turnir cədvəlində 14-cü pillədədir. /Bizim.Media