Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gədəbəydə qar uçqununda ölən Ruslan barədə təsirli FAKT: 10 gün sonra...

Gədəbəydə qar uçqununda ölən Ruslan barədə təsirli FAKT: 10 gün sonra...

Tarix: 22 Mart 2025 12:26

Azərbaycan Ordusunun Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olan əsgəri Ruslan Həmidov 10 gün sonra hərbi xidmətdən tərxis olunacaqdı.

Sonxeber.net xəbər verir ki, bu barədə "Teleqraf"a onun yaxınları məlumat verib.

Bildirilib ki, R.Həmidov əslən Bərdə rayonundandır. O, 2023-cü ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

R.Həmidov Gədəbəydə yerləşən hərbi hissələrdən birində xidmət edib. Aprelin 1-də əsgərliyini bitirib ordu sıralarından tərxis olunacaqdı.

Mərhum martın 22-də Bərdə rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər. Martın 21-də nəşləri aşkar edilib.


Etiketlər:  Gədəbəydə uçqununda ölən Ruslan barədə təsirli FAKT gün sonra


RƏYLƏR