Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2025 21:12
İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" baş məşqçi Tiaqo Motta ilə yollarını ayırıb.
Sonxeber.net xəbər verir ki, baş məşçinin əvəzinə təcrübəli mütəxəssis İqor Tudor gətirilib.
Bu barədə "qoca sinyora"nın mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssis ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, İqor Tudor daha əvvəl 2020/21 mövsümü ərzində "Yuventus"da köməkçi məşqçi vəzifəsində çalışmışdı.