Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yamal UEFA Millətlər Liqası tarixinə düşdü

Yamal UEFA Millətlər Liqası tarixinə düşdü

Tarix: 24 Mart 2025 10:18

İspaniya millisinin üzvü Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub.

Sonxeber.net-ın xarici KİV-ə istinadən məlumatına görə, futbolçu bunu ötən gün Millətlər Liqasının 1/4 finalında Niderlanda qarşı cavab matçında reallaşdırıb.

Penaltilər seriyasına qədər uzanan matçın 103-cü dəqiqəsində fərqlənən futbolçu tarixə düşüb. Qarşılaşma zamanı L.Yamal, 17 yaş 258 günlük olub.

Qeyd edək ki, bundan əvvəlki rekord İspaniya yığmasının digər futbolçusu Qaviyə məxsus idi - 17 il 304 gün. O, 2022-ci ildə Çexiyaya qarşı matçda fərqlənməklə UEFA Millət Liqası tarixində qol vurmuş ən gənc futbolçu olmuşdu. /"Report"


Etiketlər:  Yamal UEFA Millətlər Liqası tarixinə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ