Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN-ə müraciətlərinizi asanlaşdıran növbəti yenilik

DİN-ə müraciətlərinizi asanlaşdıran növbəti yenilik

Tarix: 24 Mart 2025 10:32

Polis orqanlarına ünvanlamaq istədiyiniz elektron müraciətləri artıq vahid platforma olan "E-Polis" mobil tətbiqi vasitəsilə göndərə bilərsiniz.

Sonxeber.net xəbər verir ki, bunun üçün proqrama daxil olub "Elektron müraciət" xidmətinə keçid edirsiz. Açılan pəncərədə "Müraciət et" düyməsinə kliklədikdən sonra əlaqə məlumatlarınızla tanış olursuz. 

Məlumatlar düzgün olduğu təqdirdə isə "Davam et" düyməsini sıxaraq növbəti mərhələyə keçirsiz. Bu zaman qarşınıza çıxan qaydalarla tanış olub "Davam et" düyməsini klikləyirsiz. Sonra gələn "Ümumi məlumatlar" hissəsində müraciət edən şəxs kateqoriyasını, "Hara ünvanlanır", "Müraciətin növü"nü seçirsiniz. Əgər şikayət edəcəksinizsə, şikayət etdiyiniz şəxsin daxili işlər orqanının əməkdaşı və ya digər şəxs olduğunu qeyd edirsiz. Ardınca müraciətin mövzusunu və hadisə yerini yazırsız. Növbəti düyməsini sıxaraq "cavabdeh barədə məlumatlar" hissəsində şikayət etdiyiniz şəxs haqda bildiyiniz məlumatları da daxil edib yenə növbəti düyməsini sıxırsız. Mətni, şəkil və ya sənəd varsa onları da əlavə edərək müraciəti təsdiqləyirsiniz. Beləliklə prosedur tamamlanır və bir neçə dəqiqə ərzində müraciətinizi elektron qaydada polis orqanına göndərməklə məmnunluğunuz təmin olunur. 


Etiketlər:  DİN müraciətlərinizi asanlaşdıran növbəti yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ