Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cokoviç Nadalın rekordunu qırdı

Cokoviç Nadalın rekordunu qırdı

Tarix: 24 Mart 2025 13:52

Serbiyalı tennisçi Novak Cokoviç Rafael Nadalın rekordunu qırıb.

Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı idmançı bunu Mayamidə keçirilən "Masters" turnirinin 1/16 finalında argentinalı Uqo Karabellini məğlub etməklə reallaşdırıb.

1 saat 47 dəqiqə davam edən qarşılaşmada serbiyalı tennisçi qələbə qazanıb (6:1, 7:6, 7:1).

N.Cokoviç bununla da "Masters" turnirlərində 411-ci qələbəsini qazanmaqla R.Nadalı (410) geridə qoyub.

Qeyd edək ki, sözügedən turnirlərdə qələbə sayına görə ilk "3-lüy"ü isveçrəli Rocer Federer (381) qapayır. /"Report"


Etiketlər:  Cokoviç Nadalın rekordunu qırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ