Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2025 14:24
Suriya və Livan torpaqlarının hədəf alınması İsrailin genişlənmə siyasətində israrlı olduğunu göstərir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Qəzza Əlaqə Qrupu toplantısındakı çıxışında deyib.
"İsraili dayandırmadan bölgədə sülh mümkün deyil. Əsas məqsədimiz Qəzzada dağıntıları dayandırmaq və daimi atəşkəs yaratmaq olmalıdır. İsrailə təzyiq artırılmalıdır", - nazir bildirib.
Nazir Misirin bütün İƏT ölkələri tərəfindən dəstəklənən Qəzza planının konstruktiv çərçivə təmin etdiyini və bu plan əsasında irəliləməyin lazım gəldiyini qeyd edib.