Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2025 22:06
21:50
Misli Premyer Liqasında 18-ci tura start verilib.
Sonxeber.net xəbər verir ki, açılış oyununda son çempion "Qarabağ" səfərdə "Turan Tovuz"la qarşılaşıb.
Matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubu 67 xalla turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 43 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, tur martın 30-da başa çatacaq.
---------------
"Qarabağ" Misli Premyer Liqasında bu gün səfərdə "Turan Tovuz"la üz-üzə gələcək.
Sonxeber.net xəbər verir ki, IV dövrənin və XXVIII turun açılış oyunu saat 19:30-da start götürəcək.
Matçı Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi 27 turdan sonra 64 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.
Misli Premyer Liqası, IV dövrə
XXVIII tur
19:30. "Turan Tovuz" - "Qarabağ"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu
Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.