Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu formada yatanlar erkən ölə bilər - Araşdırma

Bu formada yatanlar erkən ölə bilər - Araşdırma

Tarix: 31 Mart 2025 03:03

Vanderbilt Universitetinin apardığı araşdırma yuxu rejiminin vaxtından əvvəl ölüm riski ilə əlaqəsini ortaya qoyub.

Sonxeber.net e-saglam.az-a istinadən xəbər verir ki, tədqiqatda 40-79 yaş aralığında olan 47.000 insanın yuxu vərdişləri beş il ərzində izlənilib. Nəticələr göstərib ki, yuxu müddətindəki dəyişikliklər sağlamlıq üçün ciddi risklər yarada bilər.

Araşdırmaya görə, gündə 7-9 saat yatan insanlar sağlam yuxu rejiminə malikdirlər. Lakin iştirakçıların yalnız 30-45 faizi bu müddətə riayət edir. Çox qısa (7 saatdan az) və ya çox uzun (9 saatdan çox) yatmaq bədənə zərərli təsir göstərir və erkən ölüm riskini artırır. Xüsusilə nizamsız yuxu rejimi ölüm riskini 29 faiz yüksəldə bilər.

Mütəxəssislər bildirirlər ki, sağlam yuxu rejimi təkcə fiziki deyil, həm də psixi sağlamlıq üçün vacibdir. Yuxu müddətində tez-tez dəyişikliklər immun sistemini zəiflədə, ürək-damar xəstəliklərinə və diabetə səbəb ola bilər. Araşdırmaya əsasən, yuxu müddəti üç əsas kateqoriyaya bölünür:

Sağlam yuxu: 7-9 saat

Qısa yuxu: 7 saatdan az

Uzun yuxu: 9 saatdan çox

Yuxu rejimindəki dəyişikliklər sağlamlığa müxtəlif mənfi təsirlər göstərə bilər. Xüsusilə aşağıdakı hallarda ölüm riski arta bilər:

- Sağlam yuxudan qısa və ya uzun yuxuya keçid

- Daimi qısa yuxu almaq və kifayət qədər yatmamaq

- Qısa yuxudan uzun yuxuya keçid və ya əksinə

- Uzun yuxu müddətini qoruyub saxlamaq

Uzun müddət nizamsız yuxu rejimi maddələr mübadiləsini pozur, immuniteti zəiflədir və ümumi sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu səbəbdən mütəxəssislər sabit və balanslı yuxu rejiminə riayət etməyi tövsiyə edirlər.


Etiketlər:  formada yatanlar erkən ölə bilər Araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ