Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bundesliqa klubunda baş məşqçi istefası reallaşdı - RƏSMİ

Bundesliqa klubunda baş məşqçi istefası reallaşdı - RƏSMİ

Tarix: 30 Mart 2025 16:46

Almaniyanın "Leypsiq" klubu baş məşqçisi Marko Rousu istefaya göndərib. 

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi qərarını "X" sosial media hesabı (Twitter) üzərindən açıqlayıb.

Onun köməkçiləri Aleksandr Zikler, Marko Kurt, Frank Heydek və Frenk Eqiq də öz vəzifələrini tərk ediblər. Klub yaxın vaxtlarda mövsümün sonuna kimi komandanı kimin çalışdıracağını açıqlayacaq.

48 yaşlı mütəxəssis 2022-ci ilin sentyabrından "Leypsiq"in baş məşqçisi vəzifəsini icra edirdi. "Buğalar" onun rəhbərliyi altında Almaniya kuboku və Superkubokunun qalibi olub.

Almaniya Bundesliqasının 27 turundan sonra "Leypsiq"in 42 xalı var və altıncı yerdədir.


Etiketlər:  Bundesliqa klubunda baş məşqçi istefası reallaşdı RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ