Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2025 12:55
Azərbaycan "Avroviziya 2025"in birinci yarımfinalında 10 nömrə ilə çıxış edəcək.
Sonxeber.net news24.az-a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb.
Eyni yarımfinalda Azərbaycanla yanaşı daha 15 ölkə - İslandiya, Polşa, Ukrayna, Albaniya, Norveç və digərləri çıxış edəcək.
Xatırladaq ki, "Avroviziya 2025" mayın 13-də (birinci yarımfinal), 15-də (ikinci yarımfinal) və 17-də (final) İsveçrənin Bazel şəhərində keçiriləcək.
Azərbaycan müsabiqədə "Run with U" mahnısı ilə təmsil olunacaq. Mahnının müəllifləri Həsən Heydər, Roman Zilianev və Asəf Mişiyevdir, ifaçı isə Mamagama qrupudur.