Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada futbolçuları qəzəbləndirən şok QADAĞA

Braziliyada futbolçuları qəzəbləndirən şok QADAĞA

Tarix: 8 Aprel 2025 18:38

Braziliyada iki ayağı ilə topun üzərində dayanan futbolçuları cəzalandırmaq təklif olunub.

Sonxeber.net  xəbər verir ki, Braziliya Futbol Konfederasiyası (CBF) qərarını oyunçuların zədələnmə riski və rəqiblərin təxribatı ilə izah edir.

Futbol rəsmilərinin bu qərarı Braziliya çempionatının ulduzlarını qəzəbləndirib.

Bundan əvvəl CBF Braziliya milli liqasının bütün klublarını məlumatlandırmışdı ki, futbolçular buna görə sarı vərəqə alacaq, rəqib komanda isə cərimə zərbəsi hüququna malik olacaq:

"Hər iki ayaqla topun üzərində dayanmaq zədə riskini artırmaqla yanaşı, oyunun gedişatında müəyyən pozuntular da yaradır. Bu cür hərəkət həm də rəqibə qarşı təxribat və oyuna hörmətsizlik kimi qiymətləndirilir".

Funksionerlərin qərarı hazırda "Santos" komandasının kapitanı olan məşhur hücumçu Neymarı sevindirməyib.

"Futbol getdikcə darıxdırıcı olur", deyə Neymar bildirib.

Hollandiya millisinin və "Korintians" klubunun liderlərindən biri Memfis Depay da CBF-nin qərarı ilə razılaşmadığını bildirib.

O, yerli federasiyaya xüsusi mesaj göndərib.

"Gözəl oyun yaşamaq üçün Braziliyada oynayıram, lakin Braziliya konfederasiyası heç bir oyunçunun topun üzərində dayana bilməyəcəyini və ya sarı vərəqə alacağını açıqladı. Buna son "Campeonato Paulista" finalında topun üzərində bir neçə saniyə tarazlığı saxladıqdan sonra qərar verildi. Mən burada problem görmürəm. Braziliya futbolu yüksəlir və dünya şöhrətinə layiqdir. Burada o qədər istedad var ki, meydanda özünü ifadə etməkdə sevinc və ehtiras məhdud olmamalıdır". /Lent.az


Etiketlər:  Braziliyada futbolçuları qəzəbləndirən şok QADAĞA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ