Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2025 21:04
Hazırda "Əl-İttihad"da çıxış edən "Real Madrid"in keçmiş hücumçusu Kərim Benzema yenə qalmaqala səbəb olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu dəfə Benzemanın yetkinlik yaşına çatmayan qıza mesaj yazdığı ortaya çıxıb.
Söhbət 17 yaşlı musiqiçi Lil Taydabdan gedir. Gənc qız Benzemanın "Instagram"da onunla mesajlaşdığını açıqlayıb.
"Youtube"da yayımlanan müsahibə zamanı ondan Benzema haqqında soruşublar. Lil Taydab belə cavab verib: "O mənim mesaj qutumdadır".
Qeyd edək ki, onun "Instagram"da 5 milyondan çox izləyicisi var.