Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2025 17:54
Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib.
Sonxeber.net xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət Komissiyasının yeni tərkibi aşağıdakı kimidir:
Dövlət Komissiyasının sədri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti
Dövlət Komissiyasının üzvləri
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
PAŞA Holdinqin Baş icraçı direktoru
NEQSOL Holdinqin Baş icraçı direktoru
Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.
Eyni zamanda, Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərməlidir.
"Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1111 (Cild I) ləğv edilir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.