Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2025 23:00
İspaniyanın "Real" klubunun sabiq baş məşqçisi Leo Benhakker vəfat edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, "Kral klubu" Benhakkerin rəhbərliyi altında ardıcıl üç dəfə (1987-1989) ölkə çempionu olub. Həmçinin Madrid təmsilçisi İspaniya Kubokunu və Superkubokunu qazanıb.
O, Niderland, Səudiyyə Ərəbistanı, Trinidad və Tobaqo və Polşa milli komandalarını çalışdırıb.