Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqa: Turun son qarşılaşmasında ''Zirə'' qələbə qazandı

Premyer Liqa: Turun son qarşılaşmasında ''Zirə'' qələbə qazandı

Tarix: 20 Aprel 2025 21:26

21:24

Misli Premyer Liqasında XXXI tur başa çatıb.

Sonxeber.net xəbər verir ki, sonuncu matçda "Zirə" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.

Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Giorgi Papunaşvili, 45+1-ci dəqiqədə Martins Junior, 89-cu dəqiqədə Salifu Suma fərqləniblər. Qonaqlarda Bobur Abdixolikov 52-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci sıradadır.

Günün ilk matçında "Şamaxı" evdə "Kəpəz"i məğlub edib - 2:1.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

-----------
19:20

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

Sonxeber.net xəbər verir ki, son günün ilk oyununda "Şamaxı" "Kəpəz"i qəbul edib.

Üç qolluq bu qarşılaşma meydan sahiblərinin xeyrinə yekunlaşıb.

Turun qapanış matçında isə "Zirə" "Sumqayıt"ı sınağa çəkəcək.

Daha öncə keçirilmiş "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında heç-heçə (1:1) qeydə alınıb, "Sabah" "Səbail"ə (3:2), "Qarabağ" "Neftçi"yə (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
31-ci tur
20 aprel

"Şamaxı" - "Kəpəz" 2:1
Qollar: Alfons Msanqa, 27. Brahim Konate, 67 - Luis Paçu, 35.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov .
Şamaxı şəhər stadionu, 16:30.


Etiketlər:  Premyer Liqa Turun qarşılaşmasında Zirə qələbə qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ