Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həmin toyda yerə 200 min dollar səpiblər''

''Həmin toyda yerə 200 min dollar səpiblər''

Tarix: 20 Aprel 2025 09:50

"Toy olub ki, nə qədər pul veriblər. Məni maşınımla, hansısa maşın yanında şəkil çəkdirən görmüsünüz? Jurnalist çəkə bilər, bu başqadır. Bunlar məndən uzaqdır. Mən hər şeyin dibini görmüşəm. Elə insanlar var ki, bizim 1 ildə qazandığımızı 1 həftədə qazanırlar".

Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Gün ortası" verilişində deyib. Müğənni toyda şabaş verilməsini və ifaçıların bunu nümayiş etdirməsini qınayıb:

"Puldan heç kim imtina etmir. Amma estetik görüntü var. Elə müğənnilər olub ki, məclisdə 100, 150, 200 min dollar yerə pul tökülüb. Görün onun görüntüsü çıxıb? Ancaq səs-sədasını eşitdik. Bunları paylaşmaq düzgün deyil. Birincisi, elə insanlar var ki, ələ verilən pula ehtiyacı var. İkincisi, çox gülməli görünürsünüz. Yazılmayan qanunlar var: oxuduğun yerdə insan səni sayıb əlinə pul verir. Amma köməkçin gəlib onu aparmalıdır. Əgər onu cibinə qoyursansa, başqa şeydir"./axşam.az


Etiketlər:  Həmin toyda yerə dollar səpiblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ